Ölkə futbolu

Gürcüstan millisinin üzvü “Neftçi”də

“Neftçi” növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.com-un məlumatına görə, gürcü müdafiəçi George Navalovski ilə müqavilə bağlanıb.

G. Navalovski Gürcüstanın “Dinamo”, “Olimpi”, “Dila”, Rusiyanın “Anji”, “Volqa”, “Ximki”, “Metallurq-Kuzbass”, “SKA-Energiya”, “Tosno”, Yunanıstanın “Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı “İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43