Ölkə futbolu

Gürcüstanlı hücumçu rəsmən “Qəbələ”də

Gürcüstanlı hücumçu Davit Volkovinin “Qəbələ”yə keçidi rəsmiləşib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” bu gün 24 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıy.

Son klubu “Saburtalo” olan Volkovi 2017-2018-ci illərdə bu komandanın formasını geyinib. Hücumçu bunadək Gürcüstanda “Qaqra” (2012-2013), Tbilisi “Dinamo”su (2013-2016), həmçinin icarə əsasında oynadığı “Dinamo-2” (2013-2015), “Çixura” (2016) və “Sioni”də (2016) çıxış edib. Davit 2017-ci ildə Serbiyanın “Zemun” klubunda legioner həyatı yaşayıb.

Xatırladaq ki, “Qəbələ” bunadək Azərbaycan millisinin qapıçısı Anar Nəzirovu transfer edib.

Oxşar xəbərlər

“Rəvan” bosniyalı futbolçu transfer edir

admin

“Sumqayıt” “Sivasspor” və “Osmanlıspor”la qarşılaşacaq

admin

Əfran İsmayılov: “Çalışacam ki, öz oyunumla komandama xeyir verim”

admin