Ölkə futbolu

Güvənç Kurtar: “Belə hallar adamı dəli edir”

“Kubokda iki oyun olur. Finala çıxacağımıza inanıram. Bu oyunda qol vurmaq istəyirdik. İkinci hissədəki əvəzetmələr də bu məqsədlə edilmişdi, risk etdim. “Neftçi” ilk hissədə bizə oynamağa imkan vermədi. İkinci hissədə isə ötürmələrdə daha yaxşı idik, lazım olan qolu vurduq”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Güvənç Kurtar deyib.

Türkiyəli mütəxəssis cavab görüşü haqda bunları söyləyib:

Cavab oyununda üstünlüyümüz olacaq. İki futbolçumuz kart cəzalısı olduğu üçün cavab oyununda oynamayacaq. Premyer Liqada bazar günü oyunumuz var. Heyətimizdə cəmi 15 futbolçu var, qalanları əsasən gənc futbolçulardır. Futbolçu qol vuranda sevinə bilər, lakin bununla rəqib azarkeşləri qıcıqlandırmamalıdır. Eyni gəminin içindəyik, lazımi tədbirlər görəcəyik. Cərimə zərbələrini çox bərbad yerinə yetirdik, belə hallar adamı dəli edir”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43