Bakının "Rəvan" klubu yay transfer pəncərəsinin açılmasını gözləmədən bir futbolçunu heyətinə qatıb.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, "sarı-qırmızılılar" bir müddətdir ki, baxışda olan Elçin Xəlilovla müqavilə imzalayıb. 27 yaşlı Xəlilov "Qarabağ", "Muğan", "Simurq", MOİK kimi klublarda forma geyinib.
Güvənç Kurtarın bəyəndiyi yarımmüdafiəçinin son iş yeri "Sumqayıt" olub.