Topaz Premyer Liqasının 31-ci turunda “Qəbələ” səfərdə “Rəvan”la qarşılaşdı. Rəqibini 2-1 hesabı ilə məğlub edən əyalət təmsilçisi turnir cədvəlində mövqeyini möhkəmləndirdi.
İdmanxeber.com hər iki klubun baş məşqçisinin oyundan sonra səslənmdirdiyi fikirlərlə sizi tanış edir:
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “İlk hissədə oyunumuz yaxşı alındı. İki qol vurduq. İkinci hissədə isə oyunumuz yaxşı alınmadı. Topu özümüzdə daha çox saxlamağa çalışdıq, nəticədə qapımızda qol gördük”.
Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Məğlub olduq, amma, bu, indiyədək oynadığımız ən yaxşı oyun idi. Bir neçə qol imkanını boşa verdik. Kubokun cavab oyununu düşünərək bəzi futbolçulara istirahət verdim. Yaxşı oyuna görə komandamın hər bir oyunçusunu təbrik edirəm”.