Ölkə futbolu

Güvənç Kurtara kimlər kömək edəcək?

Öncədən də xəbər veridiymiz kimi "Rəvan" baş məşqçi Şahin Diniyevi istefaya göndərərək bu posta türkiyəli çalışdırıcı Güvənç Kurtarı gətirdi.

Yeni mütəxəssisin köməkçilərinin kim olacağı maraqla gözlənilir. İdmanxeber.com-a klubdan verilən məlumata görə, bu işdə Güvənç Kurtara 3 türk məşqçi kömək edəcək. Onlardan biri qapıçılarla işləyən məşqçi olacaq.

Yeni məşqçilərin adına yaxın günlərdə aydınlıq gələcək.

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43