Ölkə futbolu

Güvənç Kurtardan iddialı açıqlama: “Bakı”nı elə səfərdə məğlub edəcəyik”

“Rəvan”ın baş məşqçisi Güvənç Kurtar Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacaqları “Bakı” ilə çətin səfər matçından danışıb.

İdmanxeber.com-a açıqlama verən “aslanlar”ın baş məşqçisi sabahkı oyunda “Bakı”nı məğlub edə biləcəklərini bildirib:

“Düzdü ilk oyunda uduzduq. Buna baxmayaraq şanslar yenə 50-50-yədi. Onlar bizi burda uddular, biz də onları orada məğlub edəcəyik. Komanda bu oyuna demək olar ki, hazırdı. Biz iddiamızı sona kimi davam etdirəcəyik. Növbəti mərhələyə keçmək istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43