Kateqoriyasız

“Hələ heç nə bitməyib” – Mahir Emreli

Polşanın “Legiya” komandasının futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsində “Slaviya”ya (Çexiya) qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, 2:2 hesabıyla bitən matçda ilk qolu vuran azərbaycanlı hücumçu, bunları deyib:

“Bir komanda daha çox topla oynayırdı, digəri isə diqqətini müdafiəyə vermişdi. Oyun çox maraqlı alındı. Cavab matçında qələbə qazanmaq üçün hər şeyi etməliyik.

Açığı, bu, Avropa Liqasındakı ilk qolum idi. Daha əvvəl bu turnirdə fərqlənməyi bacarmamışdım. Bu matçda qol vurmaq mənim üçün çox vacib idi. Daha nə deyə bilərəm? Hələ heç nə bitməyib. Varşavada cavab oyunumuz var. Çox diqqətli olmalıyıq.

Cavab oyunu asan olmayacaq. Bu gün rəqibin gücünü gördük. Hər şey Varşavada həll olunacaq. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağımıza inanıram”.

“Legiya” – “Slaviya” matçı avqustun 26-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA rəsmisi Avropa çempionatında

admin

“Neftçi” “Səbail”ə qalib gəldi, Sumqayıtda heç-heçə

admin

“Neftçi” mərhələni Moldovada həll etdi

admin