Toplanış çərçivəsində ikinci oyunumuz idi. Təcrübəli futbolçularımızın bir neçəsi təlim-məşq toplanışına gec qoşulublar. Ona görə hələ tam formalaşa bilməmişik”.
İdmanxeber.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.
Bolqarıstanda təlim-məşq toplanışında olan paytaxt klubu ikinci yoxlama görüşündə yerli “Beroe” ilə qarşılaşıb və 0:4 hesabı ilə məğlub olub.
Klubun rəsmi saytına açıqlamasında oyunu dəyərləndirən Hacıyev rəqibin daha hazırlıqlı olduğunu söyləyib: “Bolqarıstan komandaları bizdən fərqli, hazırlığın son mərhələsindədilər, bizdən daha hazırlıqlıdılar. Bu oyunda qol epizodlarımız çox oldu, hesab daha fərqli ola bilərdi. İkinci hissədə futbolçular nə qədər səy göstərsələr də, rəqibin qapısından topu keçirə bilmədilər. Lakin futbolçularımızın bəzi səhvlərindən rəqib komanda yararlandı və qalib gəldi. Çalışacağıq ki, bu oyunda etdiyimiz səhvlərdən nəticə çıxaraq”.