Ölkə futbolu

Həmrəylik Gününə həsr olunmuş futbol turniri davam edir – VİDEO

Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş futbol turniri davam edir. 

İdmanxeber.az xəbər verir ki, yarış Gənclər və İdman nazirliyinin və İxtisaslaşdırılmış uşaq-gənclər olimpiya ehtiyatları məktəbinin dəstəyi ilə keçirilir. Çempionat 2014-2015-ci il təvəllüdlü uşaqlar arasında keçirilir.

Turnirdə “Xəzər Bakı” , “Neftçi” ” Səbail” , “Sumqayıt” , ROFM, “Ulduz” , “Amasiya” və “Zəngəzur” komandaları iştirak edir.

Artıq turnirdə 2-ci turun oyunları başa çatıb. Final oyunu dekabrın 30-da keçiriləcək.

Qeyd edək ki, qarşılaşmalar “Amasya” idman kompleksində keçirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43