25 Oktyabr 2021
Kateqoriyasız

“Hər şey bir günə həll olunmur” – De Byazi

“Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq. Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq. Təbii ki, daha dəqiq bugünkü son məşqdən sonra

Bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis üzərində hər hansı təzyiq hiss etmədiyini bildirib: “Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır”.

65 yaşlı baş məşqçinin sözlərinə görə, oyun ərzində elə zərbələr olur ki, dəf olunması çətindir: “Öncə qapımıza çox zərbə vurmağa imkan verməməliyik. Həyatda və futbolda hər şey bir günə həll olunmur. Bunun üçün müəyyən qədər vaxta ehtiyac var. Doğru yolda olduğumuza inanmaq və irəliləmək lazımdır. Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik”.

Serbiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” yeni futbolçu transfer etdi – RƏSMİ (FOTO)

admin

“Monako”da Jardim dönəmi bitdi

admin

“Beşiktaş” transfer etmək istədi, karyerasını başa vurdu

admin