22 Oktyabr 2019
Kateqoriyasız

“Hər şey “Neftçi” rəhbərliyinin öz əlində idi” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümü başa çatıb. “Qarabağ” ardıcıl 6-cı çempionluğunu rəsmiləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Mövsümün son oyunundan qələbə ilə ayrıldınız. Fikirləriniz necədir?

– Futbolçularıma təşəkkür etmək istəyirəm. Bir az çətin idi. Həftəiçi məşqlərdə də futbolçularla danışmışdıq, baxımlı futbol sərgiləmək istəyirdik. Futbolçularım bu gün əllərindən gələni etdilər və qələbə qazandılar. Həqiqətən həm çempionluq, həm də sonuncu oyunda qələbə qazanmaq yaxşı haldır. Belə anlarda futbolçuların peşəkarlığı çox önəmlidir və bunu onlarda gördüm. Qalibiyyət öz yerində. Peşəkarlığa və göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm.

– Sizcə, çempionluğun taleyi bu oyunda həll olunsaydı, daha maraqlı olardı?

– Məncə, tamam fərqli olardı. Hər iki komanda üçün çətin oyun olacaqdı. Hansı komandanın qələbə qazanacağını deyə bilmərəm.

– Yəqin ki, qarşılaşmanın biletlərinin hansı qiymətə satılmasından xəbərdarsınız. Bununla bağlı nə deyə bilərsiniz?

– Açığı, gözlənilməz oldu. Biz Avrokubok oyunlarında biletlərin qiymətini qaldıranda, azarkeşlər arasında narazılıqlar olur. Onları fikirləşmək lazımdır. Hər bir futbolçu öz klubunda bu gün var, sabah yoxdur. Ancaq azarkeşlər hər zaman o klubla yaşayırlar. Əlbəttə ki, onları nəzərə almaq lazımdır. Bu məsələyə fikir bildirmək mənim etikama uyğun deyil.

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümü başa çatıb. “Qarabağ” ardıcıl 6-cı çempionluğunu rəsmiləşdirib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Mövsümün son oyunundan qələbə ilə ayrıldınız. Fikirləriniz necədir?

– Futbolçularıma təşəkkür etmək istəyirəm. Bir az çətin idi. Həftəiçi məşqlərdə də futbolçularla danışmışdıq, baxımlı futbol sərgiləmək istəyirdik. Futbolçularım bu gün əllərindən gələni etdilər və qələbə qazandılar. Həqiqətən həm çempionluq, həm də sonuncu oyunda qələbə qazanmaq yaxşı haldır. Belə anlarda futbolçuların peşəkarlığı çox önəmlidir və bunu onlarda gördüm. Qalibiyyət öz yerində. Peşəkarlığa və göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm.

– Sizcə, çempionluğun taleyi bu oyunda həll olunsaydı, daha maraqlı olardı?

– Məncə, tamam fərqli olardı. Hər iki komanda üçün çətin oyun olacaqdı. Hansı komandanın qələbə qazanacağını deyə bilmərəm.

– Yəqin ki, qarşılaşmanın biletlərinin hansı qiymətə satılmasından xəbərdarsınız. Bununla bağlı nə deyə bilərsiniz?

– Açığı, gözlənilməz oldu. Biz Avrokubok oyunlarında biletlərin qiymətini qaldıranda, azarkeşlər arasında narazılıqlar olur. Onları fikirləşmək lazımdır. Hər bir futbolçu öz klubunda bu gün var, sabah yoxdur. Ancaq azarkeşlər hər zaman o klubla yaşayırlar. Əlbəttə ki, onları nəzərə almaq lazımdır. Bu məsələyə fikir bildirmək mənim etikama uyğun deyil. Hər şey “Neftçi” rəhbərliyinin öz əlində idi. Ona görə fikir bildirmək düzgün deyil. Gördüyünüz kimi, azarkeşlərimiz stadionda idilər.

– Komandanı hansı futbolçuların tərk edəcəyini dəqiqləşdirmisiniz?

– Komandadan gedən futbolçular olacaq. Yaxın günlərdə bu barədə məlumat veriləcək.

– Rəşad Sadıqov oyunun gedişində çox əsəbi görünürdü. Əvəzlənməsi bununla bağlı idi?

– Sadəcə, dəyişmək qərarına gəldim.

– Azarkeşlər avrokuboklarda “Qarabağ”dan uğur gözləyir. Əvvəlki nəticələri təkrar etmək nə qədər realdır?

– Çətin olacaq. Buna baxmayaraq, maksimum hazırlaşmağa çalışacağıq. Yaxşı nəticə qazanmaq üçün bütün gücümüzü sərf edəcəyik.

. Ona görə fikir bildirmək düzgün deyil. Gördüyünüz kimi, azarkeşlərimiz stadionda idilər.

– Komandanı hansı futbolçuların tərk edəcəyini dəqiqləşdirmisiniz?

– Komandadan gedən futbolçular olacaq. Yaxın günlərdə bu barədə məlumat veriləcək.

– Rəşad Sadıqov oyunun gedişində çox əsəbi görünürdü. Əvəzlənməsi bununla bağlı idi?

– Sadəcə, dəyişmək qərarına gəldim.

– Azarkeşlər avrokuboklarda “Qarabağ”dan uğur gözləyir. Əvvəlki nəticələri təkrar etmək nə qədər realdır?

– Çətin olacaq. Buna baxmayaraq, maksimum hazırlaşmağa çalışacağıq. Yaxşı nəticə qazanmaq üçün bütün gücümüzü sərf edəcəyik.

Oxşar xəbərlər

APOEL və KFF əl-ayağa düşdü: Baş prokrorluğa müraciət olundu

admin

“Qarabağ”ın 115 yaşlı rəqibini yaxından tanıyaq

admin

Sabiq “Xəzər Lənkəran”lıdan istefa qərarı

admin