28 Yanvar 2023
Kateqoriyasız

“Hərdən enməlisən ki, yüksələ biləsən” – Tərlan Əhmədov

“Məğlubiyyət xoş deyil. Bu gün ən ağır oyunlarımızdan biri olacaqdı. Futbolçulara bu haqda demişdim. Kubokda qalib gəldiyimiz rəqiblə oyunda arxayınçılıq ola bilərdi. Amma iki futbolçumuzun olmaması, oyun sxeminin pozulması ilə nəticələndi. Zamiq Əliyevlə Giorgi Kantariya oynamırdı. Demək olar ki, orta xətdə topa nəzarəti itirmişdik. Məğlubiyyət olub, bunu geri qaytara bilməyəcəyik. Hərdən enməlisən ki, yüksələ biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirik. Ancaq alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı mənəm”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Misli Premyer Liqasının 16-cı turunun “Sumqayıt”la oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, komandasının 0:1 hesablı məğlubiyyətini şərh edərkən, Kantariyanın olmamasını xüsusi qabardıb:

“Giorgi yox idi deyə, Ahmed Ayzayanın da oyununda eniş hiss edildi. Onlar birlikdə oynayanda, bir-birini tamamlayırlar. Oyun sxemi pozulmuşdu deyə, hücumda çoxluq yarada bilmirdik, hücuma çıxa bilmirdik. Bizim kimi komandaların bir oyunçudan asılı olması bu vəziyyətə gətirib çıxarır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Dinamo” “Hayduk”a qarşı – Mahir oynayacaqmı?

Səxavət Qurbanov

“Özümü yaxşı tərəfdən göstərməyə çalışacam” – “Keşlə”nin yeni transferi

admin

“Ondan tam razı qala bilmərəm” – Qurban Qurbanov

admin