Ölkə futbolu

“Hədəfimiz Premyer Liqada qalmaqdır” – Cavid İmamverdiyev

Topaz Premyer Liqasının XVI turuna start verilib.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah2 doğma meydanda “Qəbələ”yə 0:1 hesablı məğlub olub. Oyunun ardından “Sabah”ın kapitanı Cavid İmamverdiyev oyundan sonra görüş barəsində fikirlərini bildirib:

“Qəbələ” oyunlarımız ağır olur. Təəssüf ki, Marko Deviç ilk hissədə qırmızı vərəqə aldı. Deviç meydanda olmadığı üçün bizə çətin oldu. Toparalan bilərdik, heç-heçə ediləsi oyun idi. Ancaq azlıqda qaldığımız üçün bacarmadıq. Rəqibi təbrik edirəm və qarşıda bizi “Səbail”lə oyun gözləyir. Həmini matçı düşünürük.

Hakim qərar veribsə, deməli, belədir. Belə epizodlarda oyunçu və kapitan kimi hakimə etiraz etməyə məcbursan ki, futbolçuya qırmızı vərəqə verməsin. Deməzdim ki, bizi Deviç uduzdurub. Onun yerində hər kəs ola bilərdi. Deviç cari mövsüm 7 qol vurub, bizə çox oyunda qələbə qazandırıb. İstəyi penalti qazanmaq idi. Təəssüf ki, belə oldu. 5-ci pilləyə düşməyimiz bizi qorxutmur.

Hədəfimiz Premyer Liqada qalmaq uğrunda yarışmaqdır. İnanıram ki, xallarımızı arıtracağıq və buna nail olacağıq. Bunu intizamsızlıq əlaqələndirmirəm. Hər iki qırmızı vərəqə oyun epizodunda olub. Heç kəs kimisə qəsdən vurmayıb. Elşad müəllim elə intizam yaradıb ki, hansısa futbolçunun bu qaydalara riayət etmədiyinə inanmıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43