Kateqoriyasız

Həlledici oyun Məsiyevə tapşırıldı

AFFA Region Liqasında “Şimal” və “Hypers” komandaları arasında bu gün keçiriləcək final oyununun təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda təşkil olunacaq oyunu FİFA referisi Elçin Məsiyev idarə edəcək.

Qarşılaşma saat 16:00-da başlayacaq.

AFFA Region Liqası, final

24 may

16.00. Şimal – Hypers
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Elşad Abdullayev, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
Şamaxı şəhər stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43