Ölkə futbolu

“Həmin oyun üçün 21 min dollar mükafat verilmişdi” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin sabiq hücumçusu Melvin Platye Bakı klubundakı karyerasından danışıb.

Hollandiyalı futbolçu “ağ-qaralar”ın heyətində 2013-2014 mövsümündə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Albaniya “Skenderbeu”su ilə keçirilən cavab oyununu xatırlayıb:

“Evdə qolsuz heç-heçə qeydə alındığından səfərdə qalib gəlmək lazım idi. 88-ci dəqiqədən qol vurmaq üçün yaxşı fürsət yaxalasam da,  başla topu boş qapıdan keçirə bilmədim. Yekun nəticədə 0:1 hesabı ilə uduzduq. Mərhələni keçsəydik, 21 min dollar mükafat alacaqdıq. Hər dəfə həmin mənzərə gözümün qabağına gələndə məni ağlamaq tutur”.

2013-2014 mövsümündə “Neftçi”nin formasını geyinən Platye hazırda Almaniyanın “Telstar” klubunda çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43