Dünya futbolu

Həmyerlimiz Tailand çempionatında het-trik etdi

Tailand çempionatının IV divizionunda çıxış edən Anar Babayev komandasının qələbəsində önəmli pay sahibi olub.

İdmanxeber.az-ın məlumatına görə, həmyerlimiz Anar Babayevin formasını geyindiyi “Sinqbru Banqrajun” komandası çempionatın VI turunda evdə “Çanqrai United”i qəbul edib. Oyunun ikinci hissəsində, hesab 1:1 olarkən meydana daxil olan həmyerlimiz oyunda het-trik edərək, görüşdə 3 qola imza atıb. Qarşılaşma ev sahibi komandanın 6:1 hesablı qələbəsi ilə sona çatıb.

Qeyd edək ki, Anar Babayev komandası ilə çıxdığı 5 oyunda 4 qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43