16 Sentyabr 2024
Ölkə futbolu

“Hər belə epizoda penalti verilmir” – “Qəbələ” rəsmisi

“Həmin penalti epizodu ilə bağlı biz də öyrəndik, araşdırma apardıq, mütəxəssislərlə danışdıq. Demək olar ki, çox “yumşaq”, “yüngül” penalti idi. İndiyə qədər də, bundan sonra da cərimə meydançasında belə mübarizələr, oyunçular arasında toqquşmalar olur və  bunların hər birinə görə penalti verilmir”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin baş meneceri Nail Kərimov son turda “Sumqayıt”la görüşdə “qırmızı-qaralar”ın qapısına təyin edilən şübhəli penalti epizodu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Təəssüf ki, epizodla bağlı cəmi bir rakurs var. Bu səbəbdən də dəqiq fikir bildirmək olmur. Yekun qənaətimiz odur ki, biz daha çox öz səhvlərimiz üzərində işləyəcəyik. Ümid edək ki, bundan sonra biz də, hakimlər də daha diqqətli olacaq. Məğlubiyyəti başqa kənar amillərə bağlamırıq. Ancaq kənar amillər də qaydasında olsa, gözəl olar”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43