Ölkə futbolu

“Hər oyunda məsuliyyətli olmalıyıq” – Rəşad Sadıqov

“Nəticə və oyun bizi sevindirir. Futbolçulardan razı qadım. İlk dəqiqlərdə həyəcan var idi. Dəqiqələr keçdikcə oyun tam nəzarətimizdə oldu. Çox önəmli qələbə qazandıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı” üzərində qələbə qazanan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Çalışdırıcı daha sonra sözlərinə belə davam edib:

“Əvvəlki oyunlarla müqayisədə uşaq səhvlərinə yol vermədik. Buna görə də nəticə yaxşı oldu. Şamaxı və Qəbələdə nəfəs almaq çətindir. Bu gün komandanın verdiyi reaksiya məni razı saldı. Çətin səfərdə qələbə qazandıq”.

Sadıqov komandasının avrokubok şanslarını da dəyərləndirib:

“Qəbələ” daha şanslıdır. Bu, “Turan Tovuz”la oyuna kimi də belə idi. Amma son məğlubiyyət vəziyyətimizi çətinləşdirdi. Hər oyunda məsuliyyətli olmalıyıq. Problemləri bilirik. Onları aradan qaldırdıqdan sonra müsbət nəticələr əldə edə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43