Kateqoriyasız

“Hər şeydən əvvəl azarkeşlər üçün oynayırıq” – milli üzvü

Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Pavel Paşayev futbola gəlişindən danışıb.

Klubun “Oyundan kənar” adlı layihəsində bunları deyib:

“Hər şeydən əvvəl biz azarkeşlər üçün oynayırıq. Bir futbolçu olaraq azarkeşlərin məni xoş tanıması çox vacibdi.

Uşaqlıqda futbolla yanaşı, cüdo ilə də məşğul olmuşam. Qaldığımız ərazinin yanında idman zalı var idi. Bütün gün uşaqlarla Jan-Klod Van Dammın filmlərinə baxır, döyüş sənətlərini öyrənmək istəyirdik. Elə oldu ki, mən də getdim cüdoya yazıldım. Bu idmanda xüsusi uğurum yoxdu. Sadəcə, evdə oturmamaq üçün cüdoya gedirdim və paralel olaraq da futbolla məşğul olurdum”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43