Dünya futbolu

“Hər zaman “Fənərbaxça” azarkeşi olduğumu demişəm” – Mesut Özil

“Çox həyəcanlıyam. Hər zaman “Fənərbaxça” azarkeşi olduğumu demişəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri türk əsilli almaniyalı futbolçu Məsut Özil “Fənərbaxça”ya keçidi haqda danışarkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Tək “Fənərbaxça” üçün deyil, mənim üçün də bir xəyal gerçək olur. Formanı geyinməyi səbirsizliklə gözləyirəm, inşallah, komanda yoldaşlarımla uğur qazanarıq”.

“Fənərbaxça” yaxın zamanda Özillə rəsmi müqavilə imzalayacaq.

Özil hazırda İngiltərənin “Arsenal” klubuna məxsusdur. Yarımmüdafiəçi London təmsilçisi ilə müqaviləni ləğv etmək üçün razılığa gəlib. Özil 2020-ci ilin martından heç bir rəsmi oyunda iştirak etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43