İdman

Həsənov Ermənistanın ən yaxşısını biabır etdi – VİDEO

Azərbaycan təmsilçisi Rafiz Həsənov Rusiyanın paytaxtında keçirilmiş “Moscow – Karate Universe” beynəlxalq turnirində Ermənistanın ən yaxşı karateçisi Davit Makyana 5:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.az-ın məlumatına görə, idmançımız turnirin yalnız finalında yerli idmançı Ernest Şarofutdinova məğlub olaraq yekunda gümüş medal qazanıb.

15 ölkədən 307 idmançının mübarizə apardığı turnirə 11 karateçi ilə qatılan Azərbaycan yığması 6 mükafat əldə edib.

Asiman Qurbanlı (84+ kq) yarışın qalibi olub. Rafiz Həsənov (-75 kq) isə ikinci yeri tutub. Roman Heydərov (kata), Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq) və Pənah Abdullayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Rafiz Həsənov 24 ildir karate ilə məşğul olur. O, şotokan növü üzrə Avropa və Dünya çempionudur. İslam Həmrəyliyi oyunlarının qalibi, Avropa çempionu, 2013-cü il Tumendə keçirilən Premyer liqada 67 kiloqram çəkidə yarışının qalibi olub. Avropa və dünya üçüncüsü olub, dəfələrlə Respublika çempionu adını qazanıb.

Bundan başqa, Karate1 liqası yarışlarının həm 2 dəfə çempionu olub, həm də dəfələrlə medal qazanıb.

report.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43