Dünya futbolu

Haaland Çempionlar Liqasında rekord qırdı

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu oyununda “Mançester Siti” “Leypsiq”ə qalib gəlib (3:2).

İdmanxeber.az-ın məlumatına görə, bu görüşdə “şəhərlilər”in hücumçusu Erlinq Haaland turnirdə 35 matçda 40-cı qolunu vurub.

Haaland Çempionlar Liqasında 40 qola ən tez çatan oyunçudur. Norveçli forvard PSJ-nin hücumçusu Kilian Mbappenin də rekordunu təzələyib və ÇL-də 40 qol vuran ən gənc futbolçu adına yiyələnib (23 yaş, 130 gün).

Bu mövsüm 23 yaşlı norveçli “Mançester Siti”nin heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 19 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43