Dünya futbolu

“Haalandın “Çelsi”də oynamasını istərdim”

“Çelsi”nin baş məşqçisi Frank Lempard “Mançester Siti”nin hücumçusu Erlinq Haaland barədə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, London klubuna dəvət etmək istədiyini etiraf edib. O, norveçli oyunçu barədə xoş sözlər deyib:

“Mən Erlinq Haalandın “Çelsi”də olmasını istəyirdim. Çünki o, əla oyunçudur. O vaxtı satınalma bəndi ağlabatan idi. Mən onu dəvət etmək istərdim”.

22 yaşlı hücumçu “Mançester Siti”yə ötən yay Dortmund “Borussiya”sından keçib.

Bu mövsüm norveçli futbolçu “şəhərlilər”in heyətində 49 matçda 52 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43