30 Noyabr 2021
İdman

Hacı Əliyevin final görüşü nə vaxtdır?

Xəbər verdiyimiz kimi,  65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev finala vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində 12:5 hesablı qələbə sayəsində finala yüksəlib.

Hacı Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq. Məğlub olacağı təqdirdə isə o, gümüş medalla kifayətlənəcək.

Final görüşü avqustun 7-də saat 14:30-da keçiriləcək və İdman TV-də canlı yayımlanacaq.

Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA hakimi vuran oyunçunu 2 illik cəzalandırdı

admin

“Kəpəz” bunu ilk dəfə bacardı

admin

“Qarabağ” “Zirə” ilə matçda belə xal itirdi – VİDEO

admin