İdman

Hacı Əliyev ikinci oldu

Dünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsində dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış başa çatıb.
İdmanxeber.az xəbər verir ki, onlayn turnirə adı salınan Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev finalda İran təmsilçisi Həsən Yazdani ilə üz-üzə gəlib.
Yekunda Əliyev 76953, Yazdani isə 87111 səs toplayıb. Beləliklə, Azərbaycan güləşçisi bu yarışda ikinci yeri tutub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43