Dünya futbolu

Haci “Roma”nın baş məşqçisi olur

“Roma” uğursuz gedişata görə göndərdiyi Di Françesko yerinə Rumınıya futbolçunun canlı əfsanəsi George Hacini gətirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Rumınıya mətbuatı məlumat yayıb. Məlumatda “Roma” rəhbərliyinin Haci ilə  danışıqlar apardığı da qeyd olunub. Eyni zamanda Hacinin klub rəhbərliyi ilə yaxın əlaqələrinin olduğu bildirilir.

Digər bir məlumata görə isə əgər İtaliya təmsilçisi rumınıyalı mütəxəssisilə razılağa gəlsə, onun oğlu Lanis Hacini də heyətinə qata bilər. Oktyabr ayından izlənən 20 yaşlı futbolçunun yay transfer dönəmində “Roma”ya keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43