Kateqoriyasız

Hacıyev 100-ə çatdı

“Səbail” Aftandil Hacıyevin rəhbərliyi altında 100-cü çempionat matçını keçirib.

İdmanxeber.az xəbər verir ki, bu yubiley Premyer Liqanın 24-cü turuna təsadüf edib. “Neftçi” ilə ev matçı Hacıyev üçün 100-cü sınaq olub.

2018-ci ilin yayından Bakı təmsilçisini çalışdıran mütəxəssisin yetirmələri 4 mövsüm ərzində 26 qələbə qazanıb. “Səbail” Hacıyevin rəhbərliyi altında 21 heç-heçə edib və 53 dəfə uduzub.

“Səbail” “Neftçi”yə 0:1 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43