Ölkə futbolu

Hacıyevdən Süleymanova növbəti atmaca: “Əldə olan heyət uğur qazanmaq üçün kifayət edir”

“Mən bu gün durub öz komandamı tərifləsəm pis çıxar. “Neftçi”nin necə futbol oynadığını siz yazarlar daha yaxşı bilirsiniz. Bu gün “Neftçi”nin yeni transferə ehtiyacı yoxdu. Əldə olan heyət uğur qazanmaq üçün kifayət edir”. 

Bu sözləri Antalya toplanışında “Tobol” üzərindəki 4:2 hesablı qələbədən sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Hacıyev daha sonra sözlərinə belə davam edib: “Bilirsiniz ki, əsasən “Neftçi”nin öz yetirməsi olan futbollçuları əsas komandaya cəlb etmişik. Onların üzərində işləyib daha yüksək səviyyəyə çatdırmaq isə biz məşqçilərin işidi. Antalyaya gətirdiyimiz gənc futbolçuları xidmətindən çempionatda da istifadə edəcəyik. Siz özünüz də bunun şahidi olacaqsınız”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43