Kateqoriyasız

Hafiz Hacıyev Ronaldo haqqında: “Adam olmaq lazımdır, adam!”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Kriştiano Ronaldonun Milanda keçirilmiş “The Best” mükafatlandırma mərasiminə gəlməməsinə münasibət bildirib.

O, portuqaliyalı futbolçunun hərəkətini xudpəsəndlik adlandırıb:

“Ronaldo mükafatlandırma mərasiminə qatılmamaqla düz etməyib. Şəxsən bir futbol azarkeşi kimi onun Messinin qalib olduğu tədbirə gəlməməsi mənə çox pis təsir etdi.

Dünya dağılmayıb ki. Messi seçilib-seçilib də. Sən axı, hansı haqla mərasimə qatılmırsan? Şəxsən mən təşkilatçıların yerində olsam, bir də onu mərasim zalının kandarına yaxın buraxmaram.

Səsvermədə də baxıram ki, Messi Ronaldoya səs verib. Amma bu Ronaldo Messini heç üçüncü yerə də layiq görməyib. Bilirsən, sən yaxşı futbolçu ola bilərsən, sən ayağına hamını qatıb keçə bilərsən, amma adam olmaq lazımdır, adam”. (oxu.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43