Kateqoriyasız

Hafiz Məmmədov “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri seçilib

“Bakı” klubunun prezidenti  Hafiz Məmmədov yenidən “Bank of Azerbaijan”ın Müşahidə Şurasının sədri seçilib.

İdmanxeber.com-un xəbərinə görə, bu barədə “APA-Economics”ə bankdan məlumat verilib.

Məlumata görə, indiyə qədər bu vəzifəni tutan Mehman İsmayılov yenidən “Bank Technique”in Audit Komitəsinin sədri vəzifəsinə qayıdıb.

“Bank of Azerbaijan”ın İdarə Heyətinin rəhbərliyində isə dəyişiklik yoxdur. Əvvəllər olduğu kimi Məhəmmədəli Aslanov bankın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43