Ölkə futbolu

Hafiz Məmmədov Monako şahzadəsi ilə görüşdü – FOTO

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov Monako knyazı II Albertlə görüşüb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Fransa səfərində bir sıra məşhur simalarla görüşən klub başçısı ilə knyazla “Hotel de Paris” otelində bir araya gəlib.

Məmmədov II Alberti “Monako”nun yüksək liqaya çıxması münasibəti ilə təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib. Ardından knyaza Azərbaycan futbolu haqda məlumat verilib.

II Albert isə Məmmədovun “Lans”a göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb. Görüşün sonunda Monako knyazı İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, Məmmədov bunadək Didye Droqba və Radamel Falkao ilə də görüşmüşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43