Kateqoriyasız

Hafiz Məmmədov üçün şad gün – VİDEO

Bu gün “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədov üçün əlamətdar gündür. Hafiz Məmmədovun 50 yaşı tamam olur. 

Hafiz Məmmədov 2004-cü ildən etibarən “Bakı” klubunun prezidentidir. Onun rəhbərliyi altında komanda 2 dəfə ölkə çempionu olub, 3 dəfə kuboka sahib çıxıb, həmçinin Avroliqanın play-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Yubiley münasibətlə “Bakı” futbol klubunun idarə heyəti inzibati, məşqçi və futbolçu kontingenti qayğıkeş və gülərüz insan Hafiz bəyi müəllimi təbrik edir ona biznes və şəxsi həyatında uğurlar arzulayır. Ad gününüz mübarək!

Hafiz Məmmədov 8 böyük futbol meydançası olan və 100 uşağın təlim aldığı futbol akademiyasından ibarət möhtəşəm bir futbol bazasını Azərbaycan futboluna təqdim edib. Hal-hazırda bu akademiyanın məzunları klubun əsas komandasında və bir çox Premyer Liqa klublarında top qovurlar.

2004-cü ilin Noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti,  2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Hafiz Məmmədov eyni zamanda “Baghlan Group FZCO” şirkətinin prezidentidir.

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir 3 övladı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43