Kateqoriyasız

Hafiz Məmmədovdan sərt qərarlar

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov əsas səhmdarı olduğu Fransa “Lans”ının rəhbərliyində dəyişiklik etməyi qərara alıb. Məhşur iş adamını narazı salan isə klubun yüksək elitaya düşə bilməməsidi.

İdmanxeber.com-un  “L Equipe” nəşrinə istinadən verdiyi xəbərə görə, Hafiz Məmmədov məlum hadisələrdə  “Lans”ın hazırkı prezidenti Jerve Marteli günahkar bilib.Bundan əlavə Məmmədov məktubunda bu sözləri yazib:

“Baş vermiş olaylar fonunda “Lans” rəhbərliyində dəyişikliklər aparacağımdan əminəm. Dəyişikliklər tezliklə elan olunacaq. Klubun baş sponsoru və səhmlərinin böyük hissəsinin sahibi kimi maraqlarımın lazımi qaydada təmin olunduğunu və maraqlarıma cavab verildiyini hiss etmirəm”

Qeyd edək ki, klubun sahibi komandadan şəxsi məqsədləri üçün istifadə etməyəcəyinə və onu yüksək liqaya çıxaracaqına dair söz verib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43