Ölkə futbolu

Haitili hücumçu “Qarabağ”a “yox” deyib

Haitili futbolçu Lusius Don Didsonun “Qarabağ”a keçidi baş tutmayıb.

İdmanxeber.az “Bold.dk” nəşrinə istinadən xəbər verir ki, Danimarkanın “Hobro” klubunun üzvü karyerasını Skandinaviyada davam etdirmək istədiyi üçün Ağdam təmsilçisinin təklifini geri çevirib.

Didsonla ABŞ-ın MLS klublarının da maraqlandığı iddia edilir.

Lusius Don Didson 2019-cu ildən “Hobro”da çıxış edir. O, cari mövsüm komandası ilə 11 oyun keçirib və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43