25 Fevral 2020
Kateqoriyasız

“Hakimə dedim ki, qiyamət günündə də Allah sənə “qırmızı” verəcək”

Birinci divizonda yarışan “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev AFFA İntizam Komitəsinin onun barəsində çıxardığı qərara münasibət bildirib.

Qərarda deyilir ki, “Keşlə-2” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev hakimə qarşı təhqiredici ifadələr işlədib. Buna görə də 5 oyunluq cəzalanıb.

Qərarla bağlı “Futbol +” qəzetinə açıqlama verən E.Dərgahquliyev deyib: “Oyundan sonra baş hakim Fərid Hacıyevə qırmızı vərəqə olmadığını dedim. Mənə deyir ki, “yox idi, canın sağ olsun, ala, bir “qırmızı” da sənə”. Hakimə dedim ki, “sən mənə “qırmızı” verdin, qiyamət günündə də Allah sənə “qırmızı” verəcək”. Dərhal AFFA nümayəndəsi və hakim-inspektora yaxınlaşıb səbəbini soruşdum. Hər ikisi hakimi təhqir etmədiyimi söylədilər. Allah haqqı söyməmişəm, Qurana əl basaram ki, təhqir etməmişəm. Fritz Ştuxlik hakimləri toxunulmaz edib. Guya bunlara heç kim heç nə deyə bilməz. Elə hakim dedi ki, “bu məni təhqir etdi, verin buna 10 oyun cəza”. Belə şey olur? Olmayan penalti verirlər, danışma, olmayan “qırmızı” verirlər, heç nə demə. Təhqir etsəydim, 50-ci dəqiqədə düz gözümün qabağında futbolçuma “qırmızı” göstərəndə edərdim. Hakim deyir ki, oyundan sonra meydana girməyə icazə yoxdur. Hər oyundan sonra Qvardiola meydana girir”.

Oxşar xəbərlər

Final günü metro neçəyə qədər işləyəcək? – rəsmi açıqlama

admin

“Neftçi” hara, Avropa hara”

admin

“Kimsə nə mənim, nə də Qurban Qurbanovun adına ləkə gətirə bilməz”

admin