Ölkə futbolu

“Hakim ədalətli olsaydı, hesab fərqli olardı” – Aftandil Hacıyev

“Drammatik bir oyun oldu. Stadionda azarkeşlər oyundan zövq həzz aldılar. Ancaq eyni sözləri hakimlər haqda demək omur. Birbaşa nəticəyə təsir etdilər. Heç vaxtt hakimlərdın danışmamışam. Ancaq məni məcbur edirlər. Bilmirəm bizə qarşı bu haqqsızlıq hardan qaynaqlanır? Hər oyun əleyhimizə qərarlar olur. Sevindirici haldır ki,  Azərbaycan futboluna yeni sima daxil olur. O da Ədilxan Qaraəhmədovdur. Ümid edirəəm ki, gələcəkdə milli komandaya da çağırılacaq. Futbolçularımı təbrik edirəm. Ancaq olanları “Neftçi”yə yaraşdırmadım. Onların belə bir xala ehtiyyacı yox idi. Hakim ədalətli olsaydı, hesab fərqli olardı”.

Bu sözləri “Səbail”in baş məşqçisi Aftandil hacıyev Azərbaycan premyer Liqasının XXIV turu çərçivəsində keçirilən “Neftçi” oyunu sonrası deyib. O, daha sonra jurnalsitlərin suallarını cavasblandırıb:

-Bu bir xalda sizin payınız nə qədərdir, komandanın payı nə qədər ?

-İlk hissədə beşli müdafiəylə başladıq. Bu gün hesaba görə ikinci hissədə müəyyən dəyişliklər etdik. Məğlub olmamaq üçün hər şeyə əl atdıq. Oyunçular tapşırıqların öhdəsindən gəldilər. Buraxdığımız qoldan sonra daha hücumameyilli futbolçulardan istifadə etdik. Düşünrəm ki, bu sistem dəyişikliyi uğurlu alındı. Təbii ki, ən böyük pay oyunçularındır.

-Yevgeni Koçukun olmaması və Ruslan Qurbanovun start heyətdə başlamaması  nə ilə bağlıdır ?

-O, xəstə idi. Bu gün artıq 3-cü gündür ki, məşqç etmir. Ruslan Qurbanov isə bu oyuna sonradan daxil olsa da, pis təsir bağışlamadı.

Oxşar xəbərlər

“Qarabağ”ın yağışlı havada məşqi – Video

admin

“Xəzər Lənkəran”da belə durum olmamışdı

admin

“Neftçi” yeni vitse-prezidentini və Sadıqovun müşavirini rəsmən açıqladı

admin