Kateqoriyasız

“Hakim məndən üzr istədi, amma…” – Yurçeviç

“Təmiz qolumuz qeydə alınmadı. Hakim oyundan sonra mənə yaxınlaşaraq üzr istədi. O, gənc və yaxşı hakimdi. Düzdü, bu bizə heç nə qazandırmadı, amma üzrxahlığını qəbul etdim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Nikola Yurçeviç deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Heç-heçənin turnir cədvəlindəki mövqeyimizə bir təsiri olmayacaqdı. Ancaq bunu çox istəyirdik və layiq idik də. Qolumuzun qeydə alınması final mərhələsinə vəsiqə uğrunda mübarizədə Xorvatiyaya da kömək edəcəkdi. Amma indi vəziyyət mürəkkəbdi. Ancaq xorvatların Slovakiya ilə oyunda istəyinə nail olacağına əminəm”.

Təcrübəli mütəxəssis son oyunlarla bağlı fikirlərini də bölüşüb: “Püşkatmadan sonra qrupdakı bütün komandalar bizi məğlub etməyi hədəfləyirdi. Ancaq biz də mübarizəmizi davam etdirəcəyik. Xorvatiyadan 1 xal aldıq, Macarıstanla görüşdə də buna çox yaxın idik. Hər oyun bizim üçün yeni motivasiyadı. Seçmə mərhələnin son 180 dəqiqəsində Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq”.

Qeyd edək ki, Budapeştdə keçirilən Macarıstan – Azərbaycan oyunu ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43