25 Oktyabr 2021
Kateqoriyasız

AFFA-dan yeni qərar: hakimlər oyundan sonra müsahibə verəcək

Azərbaycan Premyer Liqasının qarşılaşmalarını idarə edən hakimlərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması nəzərə alınaraq, Hakimlər Komitəsi beynəlxalq təcrübədən yararlanmaqla hakimlərin oyunlardan sonra CBC Sport televiziya kanalında müsahibələrinin təşkil olunmasına qərar verib.

Bu haqda AFFA-nın saytı məlumat yayıb.

Qeyd edilib ki, Premyer Liqanın növbəti turundan etibarən baş hakim oyunda verdiyi müəyyən qərarları (qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar) qarşılaşmadan sonra izah edə bilər. Ehtiyac duyularsa, müxtəlif rakuslardan təqdim olunan görüntülərə baxaraq epizodun müqayisəli təhlili aparılacaq.

Bu, VAR (Video Köməkçi Hakim) sisteminin tətbiqi istiqamətində növbəti addımdır. Əsas məqsəd şəffaflığın təmin olunması və oyun ərzində verilən hər bir qərarın hansı səbəbdən qəbul olunduğunu ictimaiyyətin nəzərinə çatdırmaqdır.

Xatırladaq ki, buna qədər Azərbaycanda hakimin idarə etdiyi oyunla bağlı fikir bildirməsi qadağan edilirdi.

Qeyd edək ki, bu mövsüm Premyer Liqanın bəzi oyunlarında hakimlərin verdiyi bəzi qərarlar ciddi mübahisələrə səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bakcell Arena”da qorxulu anlar: Futbolçu huşunu itirdi

admin

Yunan-Roma güləşçilərimizdən tarixi uğura imza atıb

admin

AFFA “Sumqayıt”a texniki məğlubiyyət verdi

admin