İdman

“Hakim sanki “Qarabağ”ın 12-ci oyunçusu idi” – “Kukesi”nin prezidenti

“Kukesi”nin prezidenti Safet Qyiçi “Qarabağ”la Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunundan (0:3) sonra Albaniyanın “Panorama Sport” nəşrinə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, o, oyunun hakimlərini günahlandırıb:

“Hakimlik faciə idi. Oyunu bərbad idarə etdilər. Baş hakim sanki “Qarabağ”ın 12-ci oyunçusu idi. Oyunun nəticəsinə, xüsusilə də qapıçımıza görə çox məyusam. Şkodradakı ilk matçda da qorxaq oynadıq, demək olar ki, oynamadıq. Çətin olacağını bilirdik. Müdafiədə buraxdığımız iki adi səhv bizə baha başa gəldi. İlk qol oyunun qırılma anı idi. Bundan sonra rəqib daha inamlı hücumlar etməyə başladı. Biz panikaya düşdük”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43