Dünya futbolu

Hakim videotəkrara baxdı, futbolçuya qırmızı vərəqə göstərdi – VİDEO

Cənubi Koreyada keçirilən 20 yaşadaək futbolçuların dünya çempionatının qrup mərhələsinin 1-ci turunun Argentina – İngiltərə (0:3) matçında hakim videotəkrarın sistemindən yararlanıb.

Birləşmiş Ərəb Əmirliklərindən olan FİFA referisi Məhəmməd Abdulla Həssən videotəkrara baxdıqdan sonra Argentina yığmasının hücumçusu Lautaro Martinesə qırmızı vərəqə göstərib.

Bu epizod hakimin gözündən qaçsa da, referi köməkçisinin yardımı ilə videotəkrara baxıb. Bu zaman hakim Martinesin qayda pozutusuna yol verdiyi qənaətinə gəlib və onu meydandan qovub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43