Kateqoriyasız

Hakimi təhqir edən futbolçu sərt cəzalandırıldı – AFFA-dan qərar

AFFA İntizam Komitəsi “Keşlə”nin futbolçusu Şəhriyar Əliyevi 4 oyunluq cəzalandırıb.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki,  buna onun Premyer Liqanın 2-ci turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları  matçın 90+5-ci dəqiqəsində hakimi təhqir etməsi səbəb olub.  Bu hərəkətinə görə futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bundan başqa, “Keşlə” 3 min 200 manat məbləğində cərimələnib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43