Dünyadan

Hakimin avtomobilinə bomba qoyub partlatdıar

Futbol hakimi Giorgos Nikalau Cənubi Kiprdə xoşagəlməz hadisə ilə üzləşib. Referinin avtomobilinə bomba yerləşdirilib.
 
Bunu açıqlamasında Hakimlər Komitəsinin sədri Karalambos Skapouillis açıqlayıb. Onun sözlərinə görə, gecə saat 03:00 radələrində hakimin maşınına qoyulan bomba partladılıb. Sədrin fikrinə görə, bu xoşagəlməz durum onun hakimliyi ilə bağlı deyil. Karalambos bildirib ki, Nikalau son dönəmlər əla idarəçiliyi ilə yadda qalır.
 

Polis kiprli azarkeşlərdən şübhələnir.

Futbol11.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43