Kateqoriyasız

Hakimlərimiz CONCACAF turnirində

Azərbaycanlı futbol hakimləri Elçin Məsiyev, Elşad Abdullayev və Qəzənfər Məmmədov beynəlxalq təyinat alıblar.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, hər üç referi 2 – 12 avqustda 15 yaşadək futbolçular arasında ABŞ-ın Florida ştatında təşkil ediləcək CONCACAF (Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası) turnirinin oyununu idarə edəcəklər.

Qeyd edək ki, Elçin Məsiyev, Elşən Abdullayev və Qəzənfər Məmmədov 14 – 23 mayda İsveçrənin Nyon şəhərində UEFA tərəfindən hakimlər üçün təşkil olunmuş “Core Development” kurslarında iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43