Ölkə futbolu

Hakimlərə növbəti etiraz: “Hüseynovun və onun briqadasının da “rolu” olub”

“Rəvan” əvəzedicilərin çempionatında “Qəbələ” ilə keçirilən oyunda hakimlərdən narazı qalıb.

Qarşılaşma ilə bağlı klubun rəsmi saytında yerləşdirilmiş xəbərdə 0:2 hesablı yenilginin səbəbkarı olaraq Elgün Hüseynovun başçılıq etdiyi hakimlər briqadası göstərilib: 

“Topaz Premyer Liqasında iştirak edən komandaların əvəzedici heyətləri arasında keçirilən çempionatda 7-ci tura start bverilib. İturun ilk oyununda “Rəvan” “Qəbələ” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunun köməkçi meydançasında keçirilən görüşdə komandamız məğlub olub. Oyunun sonlarında buraxılan 2 qol xal qazanmaq istəyimizə əngəl törədib. Ancaq bu qollarda görüşü idarə edən hakimin – Elgün Hüseynovun və onun briqadasının da “rolu” olub. Belə ki, ilk qol zamanı özündən penalti uyduran Hüseynov bir qədər sonra açıq-aşkar qayda pozuntusuna göz yummaqla rəqibin ikinci dəfə fərqlənməsinə şərait yaradıb. Belədə “Rəvan”ın əvəzedicilərinin 3 oyunluq məğlubiyyətsizlik seriyası da qırıldı”. “Qəbələ” – “Rəvan” oyununu Elgün Hüseynov, İftixar Qəniyev, Əli Cəbrayılov və Kənan Məlikovdan ibarət hakimlər briqadası idarə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43