Premyer Liqa

Hakimlərin “Bakı” və “Qəbələ” sevgisi – ARAŞDIRMA

Premyer Liqanın geridə qalan 24 turu ərzində hakimlər daha çox “Bakı”nın lehinə penalti qərarları veriblər.

İdmanxeber.com-un xəbərinə görə, “zolaqlılar”geridə qalan utlrlar ərzində 8 dəfə penalti vurmaq şansı qazanıblar.

Çempionatın autsaderlərindən olan “Rəvan” isə 24 tur ərzində penalti qazana bilməyən yeganə klubdu. Hakimlər “aslanlar”ın lehinə hələ ki, penalti verməyib.

Ümumilikdə isə siyahı belədi

1.”Bakı” – 8 penalti

2. “Qəbələ” – 6 penalti

3. “Neftçi” – 5 penalti

4. “Sumqayıt” – 3 penalti

5. “İnter”, “Xəzər Lənkəran”, AZAL, və “Qarabağ” hərəyə iki penalti

6. “Simurq” – 1 penalti

7. “Rəvan” – …


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43