Ölkə futbolu

Hakimlərin səhər məşqi baş tutdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bugün səhər məşqinə çıxıblar.

İdmanxeber.com-un məlumatına görə,  yerli vaxtla 07:30-da start götürən məşq əsasən fiziki hazırlığın yüksəldilməsi istiqamətində olub. Hazırlıq Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun nəzarəti altında reallaşıb. Səhər məşqində əsas yük isə fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyevin üzərinə düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43