Erlinq Haland “Nyukasl” görüşü də qaçıracaq.
İdmanxeber.az-ın məlumatına görə, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola həm norveçli forvardın, həm də Con Stounzun zədəyə bu görüşdə iştirak edə bilməyəcəyini açıqlayıb.
Haland dekabrın 7-dən bəri heç bir oyunda iştirak edə bilməyib. O, son olaraq “Aston Villa” ilə görüşdə meydanda olub.