İdman

Halis Özkahya millimizin oyununa təyinat aldı

Azərbaycan millisinin Makedoniya ilə Antalyada keçirəcəyi yoxlama oyununun hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək oyun martın 27-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43