Dünya futbolu

“Haaland kimi futbolçu olmayıb”

Erlinq Haalandın meneceri Rafael Pminet oyunçunun gələcək karyerası barədə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, o, norveçli futbolçunun istənilən klubda oynaya biləcək səviyyədə olduğunu bildirib:

“O, hər yerdə çıxış edə bilər. Heç vaxt belə futbolçu olmayıb. Mən onun imkanlarına və inkişaf qabiliyyətinə çox heyranam.

Haaland yeni kluba, məşqçiyə tez uyğunlaşa bilir. Sanki illərdir oradadır. Bu, dinc bir vəziyyətdə olmağa və irəliləməyə imkan verir.

Əsl peşəkardır və şəxsi həyatında çox sakitdir. Onun bir çox keyfiyyətləri var. İndi o, doğru yerdə və düzgün məşqçinin yanındadır”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43